Kəmaləddin Heydərov rayonlara yardım göndərdi

kemaleddin-heyderov-rayonlara-yardim-gonderdi-
Oxunma sayı: 644

“Bu da növbəti maşın karvanımızdır. Şamaxı şəhərinə 43 min, Zaqatalaya 3 min ədəd, bundan başqa, Quba, Gədəbəy, Tovuz, Ağsu rayonlarınaa tikinti materialları göndərmişik. Göndərilən yardım arasında şifer materialları ilə yanaşı, taxta və şüşə materialları da var. Füzuli və Gədəbəy rayonuna da yardım göndəriləcək, onların sayı 3000 ədəddir”,- deyə Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi İbrahim Quliyev bildirib.

İbrahim Quliyevin sözlərinə görə, mütəmadi olaraq rayon icra hakimiyyətlərinin başçılarının onlara göndərdiyi məktublar əsasında Nazirlik tərəfindən komissiya təşkil olunur: “Əməkdaşlarımız həmin yerlərə gedib, baxış keçirir və siyahı tuturlar. Həmin siyahı ilə prezidentin tapşırığı əsasında lazımi materialları müvafiq ünvanlara çatdırırıq. Bütün rayonlara təxminən 80 min ədəd şifer gedəcək”.