Kəmaləddin Heydərov vitse-prezidentini işdən çıxardı?

kemaleddin-heyderov-vitse-prezidentini-isden-cixardi
Oxunma sayı: 861

Qurumun 1-ci vitse-prezidenti Füzuli Musayev vəzifəsindən uzaqlaşdırılıb. Onu Nağı Səfərov əvəzləyib. Qeyd edək ki, N.Səfərov həm də Boks Federasiyasının baş katibidir.

Füzuli Musayev uzun müddət idi ki, Taekvondo Federasiyasında yüksək post tuturdu. Olimpiadalarda medalın qazanılmaması ona olan etibarı heçə endirib.

Mənbəmizin bildirdiyinə görə, London oyunları təcrübəli mütəxəssis üçün son şans olub. Bunu özü də yaxşı bilib. Elə buna görə də Musayev son zamanlar diqqətini daha çox biznesə ayırıb. /AzNews.az/

Qeyd edək Ki, Azərbaycan Taekvondo Federasiyası 1992-ci ildə yaradılıb. 1999-cu ildən Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov seçilib. 2001-ci ildən isə Füzuli Musayev Azərbaycan Taekvondo Federasiyasının I Vitse – Prezidenti vəzifəsini həyata keçirir.