Kəmaləddin Heydərov yenidən seçildi

kemaleddin-heyderov-yeniden-secildi
Oxunma sayı: 796

Azərbaycan Taekvando Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvando Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.

"Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, o, bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.

DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalara əsasən aparır. Belə ki, qitələr üzrə seçilmiş taekvando birliklərinin rəhbərləri birbaşa olaraq, DTF-nin vitse-prezidenti vəzifəsinə təyinat alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən seçilir.