Kəmaləddin Heydərovun mahnısına klip çəkdirəcək

kemaleddin-heyderovun-mahnisina-klip-cekdirecek
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, bir müddətdir ki, Tarkanın musiqisi Kamala, sözləri isə Baba Vəziroğluna məxsus “Səndən nigaranam” mahnısını ifa edəcəyi barədə məlumatlar yayılıb. Hətta Tarkan həmin mahnını öz yeni albomuna da daxil edib.

Qeyd edək ki, “Səndən nigaranam” mahnısını xalq artisti Aygün Kazımova oxusa da, daha sonra bir sıra müğənnilər məhz bu mahnını oxumağa üstünlük vermişdilər.Onların arasında Aygün Hümbətova və özbəkistanlı Nəsibə Abdullayeva tda var.

Xatırladaq ki, Tarkanın Bakıya və Qəbələyə səfər edəcəyi barəsində məlumatlar həmişə də təkzib olunub. Hələ ki, səfər barəsində xəbəri dəqiq bilməsək də, Tarkanın sözügedən mahnıya klip çəkəcəyi dəqiqdir.