Kəmərinin altında telefon keçirmək istədi

kemerinin-altinda-telefon-kecirmek-istedi
Oxunma sayı: 1529

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, vətəndaşın üzərindəki kəmərinin altında gömrük nəzarətindən gizlədilmiş "Samsung Galaxy J3" markalı 4 ədəd mobil telefon aşkar edilib.