Kənan İmirzalıoğlu “Çukur”a keçir? - Açıqlama

kenan-imirzalioglu-cukura-kecir
Oxunma sayı: 4071

Bir neçə gündür Türkiyə mətbuatında aktyor Kənan İmirzalıoğlunun yeni mövsümdə “Çukur” serialında çəkiləcəyi barədə məlumatlar dərc olunub.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, onun “Cumali” obrazını canlandıracağı bildirilirdi.

Serialın ssneraisti Gökhan Horzun məsələ ilə bağlı açıqlama verərək iddiaları təkzib edib:

“Belə bir şey yoxdur. Erkan Avcı və Berkay Ateş yeni mövsümdə “pis adamlar” olaraq aktyor heyətimizə daxil olacaqlar”.

G.Horzun “Cumali” obrazı üçün də başqa bir aktyorla razılıq əldə olunduğunu söyləyib. Lakin o, ad açıqlamayıb.

Qeyd edək ki, “Çukur”un baş rollarını Aras Bulut İynemli, Erkan Kolçak Köstendil və Dilan Çiçək Dəniz canlandırır.