“Kənarda nə işlə məşğul olduqlarını dəqiq bilmirəm” - Əhmədov

“Kənarda nə işlə məşğul olduqlarını dəqiq bilmirəm”
Oxunma sayı: 850

“Xəzər”in baş məşqçisi Elşad Əhmədov I Divizionun hesabat turunda “Qaradağ Lökbatan” üzərində evdə 1:0 hesablı qələbədən sonra müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Oyun çox çətin və emosianal keçdi. Nə alınmırdı?

- Düzdü, ötən turda "Binə"yə məğlubiyyətə görə hamımızda gərginlik var idi. Buna baxmayaraq, üzərimizə düşən yükü, məsuliyyəti başa düşürdük. Ona görə də rəqibə boşluqlar vermək istəmirdik. İlk gündən futbolçulara demişəm, rəqibə boşluq verməyin ki, başımız ağrımasın. Ola bilər ki, "Binə" ilə oyunda nəsə boşluğumuz oldu, istədiyimiz nəticə olmadı. Bu dəfə səhv etməməyə çalışdıq.

- Erkən ziyanı daha çox olmadımı?

- Bəlkə də oldu. Özünüz də gördünüz ki, 13-14-cü dəqiqədən sonra komanda hücum etməyi dayandırdı.

- Ən azı "Sabah"la oyundakı komandanı görmədik...

- Bəli. Həm də rəqibi nəzərə almaq lazımdı. "Qaradağ Lökbatan" I Divizionun köklü, təcrübəli komandasıdı, güclü heyəti var. Onlara qarşı oynamaq asan deyildi.

- Kapitanınız Bəxtiyar Soltanovda nə problem var idi? Hiss olunurdu ki, ilk hissənin yarısından sonra yorğunluq var...

- Oyundan sonra səbəbini soruşdum. Yorğunçuluq olduğunu deyir. Amma fikrimcə, bunlar olmalı deyil. Futboldan kənar nə işlə məşğul olduqlarını dəqiq deyə bilmirəm. Bazamız yoxdu ki, gəlib burda qalalar, hazırlaşalar. Antalyada gördüyümüz Bəxtiyarın 70 faizini gördük. Bu gün ikinci hissədə çox əziyyət çəkdi.

- "Sabah" üzərində qələbə qazananda ikinci dövrə yeni başlamışdı. Deyə bilərdiniz ki, hələ nəticə çıxarmaq tezdi. Bu gün isə lideri də məğlub etdiniz. Bunu digər klublara çağırış hesab etmək olar ki, "Xəzər"in iddiası böyükdü?

- "Xəzər" ilk gündən iddiasını ortaya qoyulub. Əlbəttə, nəticə də önəmlidi. Sağ olsun rəhbərlik, komandanın iddiasına uyğun şəraiti də formalaşdırıb. Demirəm ki, Premyer Liqa səviyyəsində şəraitimiz var. Ancaq normal şəraitimiz var ki, güclülər dəstəsinə çıxaq və orda iştirak edək.

- 3 oyun arxada qalıb. Sizi oyun planında narahat edən əsas məqam hansıdır?

- Qol vura bilməmək. 

- Qol da buraxmırsız...

- Qol buraxmamaq borcumuzdu. Amma qol vurmaq da vəzifəmizdi. Bunu hələ ki, bacarmırıq. Məşqlərdə də bunu hiss edirəm. Bunun üzərində çox çalışırıq, amma hələ nəticə yoxdu. Qol vura bilməməkdən əziyyət çəkirik. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi