Kənd tamamilə dağıdıldı, 110 çoban öldürüldü - Müəmmalı hücum

kend-tamamile-dagidildi-110-coban-olduruldu
Oxunma sayı: 4154

Malinin Bankas şəhərində məskunlaşan fulani xalqının nümayəndəsi olan 110 çobana silahlı şəxslər hücum edərək onları öldürüb.

“Qafqazinfo” Reuters-ə istinadən xəbər verir ki, bu barədə şəhər meri Mulaya Quindo bəyanat verib. Merin sözlərinə görə, naməlum şəxslər cümə günündən şənbəyə keçən gecə Bankas yaxınlığındakı yaşayış məntəqələrinə hücum çəkiblər. 

Mer Oqossaqu kəndinin tamamilə dağıdıldığını bildirib. O, hələ də ölənlərin cəsədlərinə rast gəlindiyini deyib. 

Kənd sakinlərindən birinin sözlərinə görə, bu hücum Mali ordusunun 23 əsgərinin ölümünə görə qisas kimi törədilə bilər. 

Qeyd edək ki, hərbçilər “Əl Qaidə” ilə əlaqəsi olan yerli islam qruplaşmasının tələsinə düşərək öldürülüblər.