Kənd təsərrüfatı məhsulları 3 faiz bahalaşıb – Siyahı

kend-teserrufati-mehsullari-3-faiz-bahalasib-siyahi
Oxunma sayı: 642

Dövlət Statistika Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, birillik bitkilərdən qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin istehsalçı qiymətləri 0,3 faiz, qarğıdalının 1,4 faiz, buğdanın 2,8 faiz, yaşıl paxlalı tərəvəzlərin 37,3 faiz, bibərin 4,2 faiz, pomidorun və badımcanın müvafiq olaraq 1,5 və 5,5 faiz, göyərtilərin və xiyarın 4,0 faiz, süfrə çuğundurunun 6,0 faiz, yemişin 9,5 faiz, yoncanın istehsalçı qiymətləri 3,8 faiz bahalaşıb, arpanın istehsalçı qiymətləri 1,7 faiz, kələmin 0,8 faiz, soğanın 4,9 faiz, kartofun 3,4 faiz, qarpızın 2,3 faiz, quru otun istehsalçı qiymətləri isə 12,8 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 0,7 faiz, armudun 3,1 faiz, gavalının 2,7 faiz, şaftalının 11,8 faiz, zoğalın 7,3 faiz, böyürtkənin 5,6 faiz, fındığın istehsalçı qiymətləri isə 7,5 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı avqust ayı ərzində çoxillik bitkilərdən əriyin istehsalçı qiymətlərində 2,3 faiz, albalının istehsalçı qiymətlərində isə 6,2 faiz bahalaşma müşahidə olunub. Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 0,8 faiz, erkək buzovun 1,2 faiz, ana qoyunun 0,3 faiz, diri keçilərin 0,8 faiz, inək südünün və camış südünün müvafiq olaraq 2,7 və 0,2 faiz, yuyulmamış zərif yunun istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşıb, camışın istehsalçı qiymətləri 1,4 faiz, 1 yaşadək quzunun 2,6 faiz, diri ev quşlarının 1,0 faiz, toyuq yumurtalarının 1,6 faiz, balın istehsalçı qiymətləri isə 0,2 faiz bahalaşıb.
Avqust ayı ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində isə 14,5 faiz ucuzlaşma müşahidə olunub.

Nigar Məmmədli