Keniyada dəhşətli təbiət faciəsi - 260 min nəfər evsiz qaldı

keniyada-dehsetli-tebiet-faciesi
Oxunma sayı: 1548

Afrika ölkəsi Keniyada apreldən bəri yağan aramsız yağışlar ağır fəsadlarla nəticələnir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, meydana gələn sellərdə ən azı 100 nəfər ölüb.

Daşqınlar və uçqunlar nəticəsində 48 min 177 ev yararsız hala düşüb, 260 mindən çox insan isə evsiz qalıb. Bundan başqa, 33 səhiyyə ocağı da istifadəyə yararsız hala düşüb.

Hazırda fəlakətin daha ağır nəticələrə səbəb olduğu bölgələrdə helikopterlərlə axtarışlar aparılır.

Keniya Qırmızı Xaç Komitəsi fəlakətdən əziyyət çəkənlərə humanitar yardım edilməsi üçün 5 milyon dollar ehtiyac olduğunu açıqlayıb.