“Kennedinin qətli ilə bağlı bütün sənədlər dərc ediləcək” - Tramp

kennedinin-qetli-ile-bagli-butun-senedler-derc-edilecek
Oxunma sayı: 1086

ABŞ dövlət başçısı Donald Tramp 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı bütün sənədləri dərc ediləcəyini bildirib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Tramp “Twitter” hesabında yazıb.

“Ağ Ev aparatının başçısı Con Kelli, MKİ və başqa idarələrin rəhbərləri ilə ciddi müzakirədən sonra Con Kennedi ilə bağlı bütün sənədləri dərc edəcəyəm”,- deyə ABŞ lideri qeyd edib.

Qeyd edək ki, ötən gün 1963-cü ilin 22 noyabrında Texas ştatının Dallas şəhərində qətlə yetirilmiş Con Kennedinin qətlinə aid məxfi saxlanılan təxminən 2,8 min sənədi ABŞ Milli Arxivin saytında dərc edilib.