“Kəpəz” 4 aylıq həsrətə son qoydu - Video

“Kəpəz” 4 aylıq həsrətə son qoydu
Oxunma sayı: 848

Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında “Kəpəz” “Səbail”i qəbul edib.

Sonuncu dəfə ötən il oktyabrın 28-də qalib gələn və 7 oyundur qələbə qazana bilməyən “Kəpəz”, bu həsrətə son qoyub. Belə ki, Gəncə təmsilçisi matçdan 2-1 qalib ayrılıb.

“Kəpəz” – “Səbail” - 2:1

Qollar: Dario Frederiko, 23 (pen.), Tərzin Cahangirov, 49 - Yevgeni Koçuk, 30


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi