“Kəpəz” daha iki futbolçu ilə müqavilə bağladı

kepez-daha-iki-futbolcu-ile-muqavile-bagladi
Oxunma sayı: 1212

“Kəpəz” qış transfer dövründə heyətinə daha iki əcnəbi futbolçu qatıb.

“Qafqazinfo” xəbər verr ki, “sarı-göylər” Trinidad və Tobaqodan olan hücumçu Şadon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetski ilə müqavilə bağlayıb.

Hər iki oyunçu mövsümün sonuna kimi Gəncə klubunda çıxış edəcək.

Korotetski azad agent kimi “Kəpəz” keçibsə, Vinçester Meksikanın “Murselaqos” klubundan icarəyə götürülüb.