““Kəpəz” rəhbərliyi incidiyinə görə bu qərarı verib”

kepez-rehberliyi-incidiyine-gore-bu-qerari-verib
Oxunma sayı: 643

“Qafqazinfo”nun qol.az-a istinadən verdiyi xəbərə görə, Musayev “Kəpəz” klubunun onlara rəsmi məktub göndərərək dekabrın 30-da fəaliyyətini dayandıracağını bildirdiyini deyib: “Məktubda nəyə görə belə bir addım atmalarının səbəbi göstərilməyib. Bu gün bir neçə dəfə klubun prezidenti Elmir Əliyevə zəng eləmişəm, amma telefonlara cavab vermir. Bütün bunlara baxmayaraq, biz əlimizdən gələni edəcəyik ki, “Kəpəz” fəaliyyətini davam etdirsin. Gəncədə futbol həmişə olmalıdır. Biz imkan vermərik ki, belə bir şəhərin komandası dağılsın”.

PFL prezidenti bildirib ki, o, Premyer Liqanı “Kəpəz”siz təsəvvür edə bilmir “Mənə elə gəlir ki, “Kəpəz” çempionatda oynayacaq. Özünüz də bilirsiniz ki, Gəncədə bir neçə il futbol olmadı. Yalnız AFFA prezidenti Rövnəq Abdullayevin dəstəyindən sonra orada futbol bərpa olundu”.

Ramin Musayev “Kəpəz” klubu rəhbərliyinin hansı səbəbdən belə addım atması barədə qəti fikir söyləyə bilməyəcəyini deyib “Amma şəxsi fikrim budur ki, onlar inciyərək belə qərar veriblər. Məndə olan məlumata görə, komanda ill "altılığa" düşə bilmədiyi üçün “Kəpəz” rəhbərliyi ətrafında qeyri-etik söhbətlər aparılıb, bəzi azarkeşlər Elmir Əliyevin istefasını tələb edib. Bu da onlara pis təsir edib”.