“Kəpəz”də itki var

kepezde-itki-var
Oxunma sayı: 639

“Qafqazinfo” xəbər verir ki, bu matçda gəncəlilərin 3 futbolçusu iştirak etməyəcək.

Belə ki, zədəli olan Nikolay Svejentsev komanda ilə birgə Bakıya gəlsə də meydana çıxmayacaq. Digər zədəli Fərid Həşimzadə isə Gəncədə, klubun bazasında qalıb. Məşqçilərin tövsiyəsinə əsasən müdafiəçi yüngül qaçışla kifayətlənir. Qarşılaşmada iştirak etməyəcək daha bir futbolçu Bəxtiyar Sultanovdur. O, cəzalı olduğu üçün forma geyinə bilməyəcək.

Qeyd edək ki, “İnter” – “Kəpəz” matçı bu gün 18:00-da “Şəfa” stadionunda baş tutacaq.