“Kəpəz”də yeni məşqçi

kepezde-yeni-mesqci
Oxunma sayı: 652

“Kəpəz”in məşqçilər korpusunda yeni təyinat gerçəkləşib. “Qafqazinfo”  klubun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə klubunun U-19 komandasının baş məşqçisi olan Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək.

O, baş məşqçi Şahin Diniyevin köməkçisi olacaq. A kateqoriyasına malik Rzayevlə bir il müddətinə müqavilə bağlanacaq.

Qeyd edək ki, həm futbolçu, həm də məşqçi kimi doğma klubunda çalışan mütəxəssis ayrı-ayrı illərdə “Kəpəz”in məşqçisi və baş məşqçisi işləyib.