“Kəpəz”lə “Oser” müqavilə imzaladı

kepezle-oser-muqavile-imzaladi
Oxunma sayı: 658

“Qafqazinfo”nun AFFA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan nümayəndə heyəti Fransanın Burqundiya əyalətinin Yon bölgəsində səfərdədir.
Nümayəndə heyətinin tərkibinə İqtisadi İnkişaf Nazirliyi, Gəncə, Göygöl, Balakən, Şəmkir şəhərlərinin İcra Hakimiyyəti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan İnvestisiya və İxracatın Təşviqi Fondunun rəhbərliyi, Azərbaycan Futbol Federasiyası Assosiasiyasının baş katibi Elxan Məmmədov, Milli Məclisin depuatı, Gəncə Futbol Federasiyasının sədri Xanlar Fətiyev və digər rəsmi şəxslər daxildir. Səfər proqramı çərçivəsində sosial, iqtisadi, mədəni əlaqələrin inkişafını özündə ehtiva edən 4 sənəd imzalanıb. AFFA-nın baş katibi Elxan Məmmədovun və Gəncə Futbol Federasiyasının sədri Xanlar Fətiyevin iştirakı ilə «Kəpəz» və «Oser» klubları arasında Əməkdaşlıq üzrə Protokola imza atılıb.