Kəramət Hüseynov bürünc medalı qazana bilmədi - Yenilənib

keramet-huseynov-burunc-medali-qazana-bilmedi
Oxunma sayı: 7964

Bu gün cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə start veriləcək. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan tarixində ilk dəfə Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı baş tutacaq.  

İlk yarış günündə qadınların mübarizəsində 48 kq, kişilərdə isə 60 kq çəki dərəcəsləri üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan yığmasını bu çəkilərdə müvafiq olaraq, Aişə Qurbanlı və Orxan Səfərovla Kəramət Hüseynov təmsil edəcəklər. Onların hər üçü mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar. 

Qadınlar 

48 kq 

1/32 final. Aişə Qurbanlı - Amber Gersyes (Hollandiya) 

Kişilər 

60 kq 

1/32 final. Orxan Səfərov - Amartuvşin Bayaraa (Monqolustan) 

1/32 final. Kəramət Hüseynov - Joran Şildermans (Belçika)

İlk görüşlər saat 10:00-da, medal qarşılaşmaları isə saat 16:00-da başlanacaq. 

Qeyd edək ki, fərdi mübarizəyə, ümumilikdə, 125 ölkədən 758 cüdoçu (460 kişi, 298 qadın) qatılacaq. Qadınların yarışında 80, kişilərdə isə 118 ölkə təmsil olunacaq. Mundiala sentyabrın 27-də keçiriləcək komanda yarışları ilə yekun vurulacaq.

***

Qadınların 48 kq çəki dərəcəsindən mübarizə aparan idmançımız Aişə Qurbanlı ilk görüşündə hollandiyalı Amber Hersqeyi məğlub edib. Sonra o, avstraliyalı Karolin Hai ilə üz-üzə gəlib. Bu qarşılaşmadan da qalib ayrılan Qurbanlı 1/8 finalda Olimpiya çempionu Paula Pareto ilə qüvvəsini sınayacaq. 

***

60 kq çəkidə Orxan Səfərov ilk görüşündə monqolustanlı Amartuvşinom Bayaranı ipponla məğlub edib. Ardınca o, madaqaskarlı Abdu Nazir Binə də ipponla qalib gəlib. Onun növbəti rəqibi isə gürcüstanlı Amiran Papinaşvili olacaq.

***

60 kq-da digər təmsilçimiz Kəramət Hüseynov də ilk görüşündə qələbə qazanıb. O, belçikalı Yoran Şildermansa qalib gəlib. Hüseynovun növbəti rəqibi Olimpiya çempionu Beslan Murdanov olacaq.

***

Kəramət Hüseynov rusiyalı Olimpiya çempionu Beslan Mudranova ipponla qalib gəlib. 

***

48 kq çəkidə qadın cüdoçumuz Aişə Qurbanlı 1/8 finalda Olimpiya çempionu Paula Paretoya ipponla uduzub. 

***

Kəramət Hüseynov növbəti qələbəsini qazanıb. O, bu dəfə ispaniyalı Qarriqosa vazari xalı ilə qalib gəlir.  O, 1/4 finalda yaponiyalı Noişa Takata ilə qarşılaşacaq. 

***

Hüseynov yaponiyalı Takataya ipponla uduzub. 

***

Orxan Səfərov da 1/8 finalda uduzub. O, gürcüstanlı Amiran Papinaşviliyə məğlub olub. 

***

Kəramət Hüseynov təsəlliverici görüşdə Cənubi Koreyalı Yonq Qvon Kimə ipponla qalib gələrək növbəti mərhələyə adlayıb. 

***

Kəramət Hüseynov bürünc medal uğrunda görüşdə Amiran Papinaşviliyiə uduzub.