Kərəm Həsənov görüş keçirdi

kerem-hesenov-gorus-kecirdi
Oxunma sayı: 1635

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Balakən rayonunda növbəti  vətəndaş qəbulu keçirib. 

Komitədən “Qafqazinfo”ya daxil olan xəbərə görə, qəbulda Balakən və Zaqatala rayonlarından olan sakinlərin müraciətlərinə baxılıb. Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak edib.

Qəbulda iştirak edən bir neçə vətəndaş müraciətləri daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi kimi məsələlərlə bağlı olub. 

Eyni zamanda qəbul çərçivəsində bir sıra rayon sakini tərəfindən torpaqlardan təyinatına və kateqoriyasına, əsasən də kənd təsərrüfatı təyinatlı torpaqlarda istifadə qaydaları ilə bağlı müraciətlər edilib. Həmçinin qəbulda vətəndaşlar tərəfindən dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, hərraclarda iştirakla bağlı müraciətlər da səsləndirilib. Müraciətlərin bir qismi sorğu xarakteri daşıyıb. Bu səpkili müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyin tələbləri barədə ətraflı izahatlar verilib.