Kərəm Həsənov görüş vaxtını dəyişdi

kerem-hesenov-gorus-vaxtini-deyisdi
Oxunma sayı: 1025

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Sumqayıt şəhərində keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişib.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunun tarixi 30 noyabr 2017-ci il tarixinə keçirilib.

Qəbul saat 11:00-da Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Sumqayıt şəhəri ilə yanaşı Qubadlı rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbulda yuxarıda qeyd olunmuş Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.