Kərəm Həsənov Şabranda vətəndaşları qəbul edəcək

kerem-hesenov-sabranda-vetendaslari-qebul-edecek
Oxunma sayı: 769

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 25 avqust 2017-ci il tarixdə Şabran rayonunda vətəndaş qəbulu keçirəcək. 

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Şəmkir ilə yanaşı Siyəzən rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.

Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi və digər məsələlərlə  bağlı əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları maraqlandıran suallara cavab verəcək.