Kərəm Həsənovun qəbul vaxtı dəyişdi

kerem-hesenovun-qebul-vaxti-deyisdi
Oxunma sayı: 704

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 26 may 2017-ci il tarixində Balakən rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib. 

Komitədən “Qafqazinfo”ya daxil olan xəbərə görə, vətəndaş qəbulunun tarixi dəyişdirilərək 27 may 2017-ci il tarixinə keçirilib. 

Qəbul saat 10:00-da Balakən Rayon Mədəniyyət Evində keçiriləcək. Qəbulda Balakən rayonu ilə yanaşı Zaqatala rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.