Kərim Natavana söz atdı - “Sizi yaxşı tanıyıram...”

Kərim Natavana söz atdı
Oxunma sayı: 1628

Müğənni Kərim Abbasov bir neçə gün bundan əvvəl həmkarı və eks-dostu Natavan Həbibinin onun ünvanına söylədiyi fikirlərə etiraz edib. 

“Qafqazinfo” xəbər verir ki, ifaçı ad çəkmədən instaqram hesabından Həbibiyə ismarıc yollayıb:

“Bəzi müğənnilərdən xahişim var. Çox rica edirəm, mənim ünvanıma daş atmayın. Xahiş edirəm, mənlə işiniz olmasın. Lampa öz altını görmür. Amma sizi yaxşı görürəm, tanıyıram. Əgər problem axtarmırsızsa, öz "taxtabaş"ınızda mənim adıma “stop” deyin. Bu, hədə-qorxu deyil. Sadəcə sizin biabır olmağınızı istəmirəm, bu böyük bir məsləhətdir”. 

Qeyd edək ki, Kərim Abbasov “ATV maqazin onlarla” verilişində Natavanın ondan Aygün Kazımovanın ad gününə getdiyi üçün küsdüyünü, onun qəlbiqara biri olduğunu demişdi. 

Həbibi isə eyni proqramda Aygünün ondan acığına Kərimlə yaxınlaşdığını demiş, həmkarı barədə sərt açıqlamalar vermişdi. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi