Kerimcan Durmazın adı mafiyayla hallanır

kerimcan-durmazin-adi-mafiyayla-hallanir
Oxunma sayı: 2033

Türkiyə Daxili İşlər Nazirliyi “Sarallar” mafiya qrupuna qarşı əməliyyat keçirib. “Qafqazinfo” xəbər verir ki, əməliyyat zamanı bir neçə şəxs polislər tərəfindən saxlanılıb. 

Həmin mafiya qrupu sırasında tanınmış bloqqer, DJ Kerimcan Durmazın da adı hallanıb.  Polis şöbəsinə çağırılan sosial şəbəkə fenomeni də ifadə verib. 

Məlum olub ki, Kerimcan həmin şəxslərlə dostluq münasibətləri olub.  DJ dəfələrlə həmin qrupa müraciət edərək instaqramda onu təhqir edənləri cəzalandırılmasını istəyib. 

Kerimcan isə ifadəsində “Sarallar” qrupunun onun istəyinə “yox” dediklərini bildirib.