Kərimdən ailəsini söyənlərə sərt cavab

Kərimdən ailəsini söyənlərə sərt cavab
Oxunma sayı: 4056

Bir müddət əvvəl tanınmış müğənni Kərim Abbasov oğlu Yusifə ad günü keçib.  İfaçının 1 yaşlının özəl günündən çəkilən fotolar mediada dərc edilib və sosial şəbəkələrdə paylaşılıb. 

“Qafqazinfo” xəbər verir ki, Abbasovun və oğlunun ünvanına sosial şəbəkədə təhqirlər yazılıb. Müğənni ötən gün sərt bir paylaşım edərək oğlu barədə xoşagəlməz sözlər yazanlara cavab verib. Kərim 10 gündür ki, Yusifin xəstə olduğunu söyləyib:

“Hər il doğum günü keçirmək və insanları ətrafıma yığmaqdan xoşum gəlmir. Hamının problemi var, hər kəs pulunu əziyyətlə qazanır. Yusifimin 1 yaşını qeyd etdim və bu ad günü hər yerdə bölüşüldü. “Facebook”dan tutmuş “Youtube”yə kimi...Şərhlərə baxıram ki, özümü, ailəmi, övladımı, valideynlərimi təhqir edirlər. Hələ də şokdayam, ayıla bilmirəm. 

Mənim ailəm sizə nə edib? Niyə bu qədər söyüş sahibi olublar? Məni təhqir edirsizsə, edin. Başa düşdüm ki, bu millət düzələn deyil. Sizin kimi şərəfsizlərlə bir torpaqda yaşamağa, hava almağa xəcalət çəkirəm. Ailəmlə nə işiniz var? Ay bic balalar... 1 yaşlı Yusifim sizə nə edib? Sizin kimilərin yanında nə günahı olub? Ay atası, anası bəlli olmayan biqeyrətlər! Azərbaycanın adını sizin kimi oğraşlar batırır. Fahişə ermənilərlə sizin heç bir fərqiniz yoxdur. Bu Aşura günündə sizi Allaha tapşırıram. 

Sizin qarğışlarınızdan, söyüşlərinizdən, nəfsinizdən oğlum 10 gündür ki, xəstəlikdən ayıla bilmir. Bu günümə sevinən mənim ürəyimdən su içsin. Görsün ki, nələr çəkirəm. Kim ki, ailəmə toxunsa, iki əlim yaxasında olacaq. Bu qədər alçaq olduz? Hələ o, 1 yaşlı mələkdi. Danışanda müğənniləri bəyənmirsiz, amma biz heç kəsin ailəsini söymürük. Bizim tərbiyəmiz var”.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi