Kərimin vəziyyəti necədir?

kerimin-veziyyeti-necedir
Oxunma sayı: 668

Meyxana ustası Ağakərim (Kərim) Novruzov aprelin 19-da növbəti dəfə Mərkəzi Klinik Xəstəxanasına müraciət etməli olacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Lent.az-a meyxanaçının ailəsindən xəbər verilib.
 
Yaxınlarının sözlərinə görə, müalicəsini ev şəraitində davam etdirən Ağakərim müayinə olunması üçün həkimə gedəcək: “Vəziyyəti normaldır. İnşallah 3-cü gün həkimlər yenə baxacaqlar”.
 
Qeyd edək ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb.