Kərkükdən neft ixracı yenidən başladı

kerkukden-neft-ixraci-yeniden-basladi
Oxunma sayı: 1223

Kərkükdə baş verən böhranlara görə bir ildir dayandırılan neft ixracı yenidən başlayıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, İraqın Neft Nazirliyinin sözçüsü Asim Cihad gündəlik təqribən 50-100 min barrel neftin Kərkükdən Türkiyənin Ceyhan linanına ixrac ediləcəyini bildirib.

O, neft ixracının İraq Kürd Regional Muxtariyyətindəki (İKRM) neft boru kəməri və İraq milli Neft Şirkəti vasitəsilə edildiyini söyləyib.

Xatırladaq ki, İKRM-nin silahlı qolu olan Peşmergə qüvvələri 2014-cü ilin iyun ayında Kərkükü İŞİD terror təşkilatının hücumlarından qorumaq məqsədilə oraya yerləşdirmişdi.

Kərkük və neft yataqları 3 il müddətində İKRM-nin nəzarətində qaldı. İKRİ-nin 25 sentyabr 2017-ci il tarixində qeyri-qanuni müstəqillik referendumundan sonra İraq mərkəzi hökumətinə bağlı ortaq qüvvələr Kərkük və digər münaqişəli bölgələrə əməliyyat təşkil etdi.

Mərkəzi hökumət Kərkük və digər münaqişəli bölgələrə nəzarəti ələ keçirdiktən sonra İKRM boru kəmərilə Ceyhan limanına göndərilən Kərkükün xam neft ixracını da təxirə salmışdı.