Kərkükün iki kəndi İŞİD-in əlinə keçdi

kerkukun-iki-kendi-isid-in-eline-kecdi
Oxunma sayı: 1910

İŞİD terror qruplaşması Kərkükün iki əndini işğal edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əs-Sumariya” telekanlı məlumat yayıb.

Məlumata əsasən, sakinlər radikalların yaxınlaşan zaman evlərini tərk etməli olublar. Ələ keçirilən kəndlər Kərkük vilayətində və şəhəri Ərbillə birləşdirən yolun kənarında yerləşir.

Bildirilir ki, terrorçular İraq ordusu və kürd qüvvələri arasında yaranan gərginlikdən istifadə ediblər.

Qeyd edək ki, ötən gecə kürd peşmərgə dəstələrinin nəzarəti altında olan ərazilərə daxil olan İraq ordusu Kərkük vilayətində strateji mövqelərə nəzarəti ələ keçirib.