Kerol Linli vəfat etdi

kerol-linli-vefat-etdi
Oxunma sayı: 1849

Amerikalı aktrisa və model Kerol Linli 78 yaşında dünyasını dəyişib.

“Qafqazinfo”nun “The New York Times” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə mərhumun dostu, amerikalı aktyor Trent Dolan məlumat verib. 

Linlinin vəfat etməsinə səbəb ürəktutması olub.

Qeyd edək ki, Kerol Linli “Blue Denim” filmi ilə məşhurlaşıb.