Kəşfiyyat bu telefonları dinləyə bilməyəcək- - Foto

kesfiyyat-bu-telefonlari-dinleye-bilmeyecek-
Oxunma sayı: 2580


“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, bunu Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşıq bildirib.

Nazirin sözlərinə görə, Türkiyə dinlənilməsi mümkün olmayan smartfonların qonşu ölkələrə ixracını da planlaşdırır. Amma F.İşıq bu telefonların nə zaman istehsal olunacağını və layihənin dəyərini açıqlamayıb.

Türkiyənin İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Şurasının (BTK) verdiyi məlumata görə, 76,6 milyon əhalisi olan bu ölkədə 67,9 milyon ədəd mobil telefon var. Türkiyənin mobil rabitə ilə təchizat səviyyəsi 99 faiz təşkil edir. Hazırda ölkənin 1800 yaşayış məntəqəsi stasionar və mobil rabitə imkanlarına çıxışdan məhrumdur. Bu da onların çətin coğrafi ərazilərdə yerləşməsi ilə bağlıdır.