“Keşlə” 5 oyunluq həsrətə son qoydu - Video

kesle-5-oyunluq-hesrete-son-qoydu
Oxunma sayı: 1734

Azərbaycan Premyer Liqasında 24-cü tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında “Keşlə” “Zirə”ni qəbul edib.

5 oyundur qalib gələ bilməyən “Keşlə” klubu bu matçda qələbə həsrətinə son qoyub. Görüş “Keşlə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra paytaxt təmsilçisi 21 xalla turnir cədvəlində 6-cı pilləyə yüksəlib. “Zirə” isə 35 xalla 4-cü yerdədir.

“Keşlə” - “Zirə” - 2:1

Qollar: A. Klennon, 50; V. Cavadov, 69 - M. Duriç, 36 (pen.)