“Keşlə” Avropa Liqasına ikinci mərhələdən qoşulacaq

kesle-avropa-liqasina-ikinci-merheleden-qosulacaq
Oxunma sayı: 1444

2018/19 mövsümündə Azərbaycanı avrokuboklarda "Qarabağ", "Keşlə", "Qəbələ" və "Neftçi" klubları təmsil edəcək.

“Qafqazinfo” xəbər verir ki, UEFA-nın reytinq siyahısında 19-25-ci pillələrdə qərarlaşmış 7 ölkənin kubok qalibləri yarışa 2-ci təsnifat mərhələsindən qatılacağı üçün Azərbaycan kubokunun qalibi “Keşlə” də Avropa Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Azərbaycan reytinqdə 23-cü yerdə olduğu üçün "Keşlə" 1-ci təsnifat mərhələsindən azad olub.
 
Azərbaycanı Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək. Ağdam klubu mübarizəyə I təsnifat mərhələsindən start verəcək.
 
“Qəbələ” və “Neftçi” klubları isə Avropa Liqasında I təsnifat mərhələsindən başlayacaq.