“Qəbələ” və “Keşlə” məğlub oldu, “Neftçi” geridönüş etdi - Yenilənib

“Qəbələ” və “Keşlə” məğlub oldu, “Neftçi” geridönüş etdi
Oxunma sayı: 5290

Ümi"Keş"Artıq Avropa Liqasında mövsümə start verilir. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan təmsilçiləri də meydana çıxacaqlar. 

“Qəbələ” doğma şəhərdə Proqresi qəbul edəcək. 

“Neftçi” ilk mərhələdə Macarıstanın “Uypeşt” klubu ilə qarşılaşacaq. 

“Keşlə” isə səfərdə “Baltsan”la üz-üzə gələcək. 

Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
 
12 iyul

21:00. “Neftçi” (Azərbaycan) – “Uypeşt” (Macarıstan)

20:00. “Baltsan” (Malta) – “Keşlə” (Azərbaycan)

20:00. “Qəbələ” (Azərbaycan) – “Proqres” (Lüksemburq)

***

"Qəbələ" və "Keşlə"nin matçları başladı.

***

12-ci dəqiqədə "Keşlə" məğlub duruma düşüb. Effionq meydan sahiblərini hesabda önə çıxarıb.

***

21-ci dəqiqədə "Keşlə ikinci qolu qapısında görüb. Lecao fərqlənib.

***

29-cu dəqiqədə "Keşlə" hesab arasındakı fərqi azaldıb. Sezar Meza Kolli penalti zərbəsini dəqiq yerinə yetirib.

***

"Keşlə" qapısından 3-cü qolu buraxıb. 34-cü dəqiqədə Boyan Kalyeviç hesabı 3:1 edib.

***

Komandalar fasiləyə yollanıblar.

***

"Neftçi" də ilk matçına başladı.

***

"Neftçi"nin matçında erkən qol vurulub. 9-cu dəqiqədə Naqi qonaqları hesabda önə çıxarıb.

***

"Qəbələ"nin də matçında hesab açılıb. 51-ci dəqiqədə qonaq komandanın heyətində Almeyda fərqlənib. Beləliklə. hazırda hər üç klubumuz məğlub durumdadır.

***

61-ci dəqiqədə "Qəbələ" qapısından ikinci qolu buraxıb.

***

"Neftçi" 24-cü dəqiqədə Baqali Dabo ilə hesabı bərabərləşdirir. 

***

"Keşlə" qapısından 4-cü qolu buraxır. Rəqibin heyətində Kadu fərqlənir

***

"Neftçi" - "Uypeşt" matçının ilk hissəsi başa çatıb.

***

"Qəbələ" və "Keşlə"nin matçları başa çatıb. "Qəbələ" öz meydanında 0:2, "Keşlə" isə səfərdə 1:4 hesabı ilə məğlub olub.

***

Baqali Dabo 72-ci dəqiqədə "Neftçi"ni önə keçirir. Bu, onun və komandasının 2-ci qolu olub.

***

Emin Mahmudov 90+2-ci dəqiqədə "Neftçi"nin 3-cü qolunu vurur.

***

Matç bitdi


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi