“Keşlə” ilk yarımfinalçıdır - Video

kesle-ilk-yarimfinalcidir
Oxunma sayı: 1279

Azərbaycan kubokunda ilk yarımfinalçı müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, “Keşlə” adını ən güclü 4 komanda siyahısına yazdırıb. 

¼ final mərhələsinin cavab görüşündə “Kəpəz”lə qarşılaşan paytaxt klubu 3:2 hesablı qələbə qazanıb. Evdə də 2:0 hesabı ilə Gəncə təmsilçisini üstələyən Ramiz Mməmmədovun komandası yarımfinalda “Qarabağ” – “Sumqayıt” cütünün qalibi ilə qarşılaşacaq. 

Azərbaycan kuboku
1/4 final mərhələsinin cavab oyunları
14 dekabr (cümə axşamı)
 
“Kəpəz” – “Keşlə” - 2:3

Qollar: Şəhriyar Rəhimov, 49, Kamran Abdullazadə, 79 - Mirsahib Abbasov, 33, 84, Pərdis Fərcad-Azad, 81
Gəncə şəhər stadionu
İlk oyun – 0:2