“Keşlə” litvalı futbolçu ilə anlaşdı

kesle-litvali-futbolcu-ile-anlasdi
Oxunma sayı: 1301

“Keşlə” heyətinə daha bir futbolçu cəlb edib. “Qafqazinfo” xəbər verir ki, paytaxt klubu litvalı müdafiəçi Edvinas Girdvainislə anlaşıb.

Tərəflər arasında bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, peşəkar karyerasına “Ekranas”da başlayan 25 yaşlı futbolçu “Marbella”, “Pyast”, “Tom” kimi klubların şərəfini qoruyub. Onun son klubu isə İsrailin “Hapoel” (Təl-Əviv) klubu olub.