““Keşlə” mənə haqsızlıq etdi” - Pərdis

kesle-mene-haqsizliq-etdi
Oxunma sayı: 2261

“Keşlə”dən ayrılan millimizin sabiq hücumçusu Pərdis Fərcad-Azad “Zirə” ilə 1 illik müqavilə bağladı.

“Qafqazinfo” xəbər verir ki, 30 yaşlı futbolçu sosial şəbəkə hesabında "Keşlə"nin azarkeşləri ilə sağollaşıb. O, qeyd edib ki, ona qarşı haqsızlıq olub: "Çox şey demək istəmirəm, amma mənə qarşı haqsızlıq oldu. Hər şey üçün təşəkkürlər, "Keşlə"!" 
 
Qeyd edək ki, 2012-ci ildə Azərbaycana gələn futbolçunun ölkəmizdə ilk klubu "Sumqayıt" olub. Pərdis Fərcad-Azad 2016-cı ildə "Keşlə"yə keçmişdi.