“Keşlə” “Səbail”ə qalib gələ bilmədi - Video

“Keşlə” “Səbail”ə qalib gələ bilmədi
Oxunma sayı: 789

Bu gün Topaz Premyer Liqasında 15-ci tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında “Keşlə” öz meydanında “Səbail”i qəbul edib.

Yeni baş məşqçi Yuri Maksimovla meydana çıxan yenilənmiş “Keşlə” ilk matçında qələbə qazana bilməyib. Matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, tura “Neftçi” – “Kəpəz” matçı ilə yekun vurulacaq.

“Keşlə” – “Səbail” - 1:1

Qollar: Pərdis Fərcad-Azad, 55 - Fəhmin Muradbəyli. 34


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi