3 klubumuz da mübarizəni dayandırdı - Biabırçı nəticə + Yenilənib

3-klubumuz-da-mubarizeni-dayandirdi
Oxunma sayı: 10499

Avropa Liqasının ilk təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək. “Qafqazinfo” xəbər verir ki, sabah ilk olaraq meydana səfərdə “Baltsan”a 1:4 hesabı ilə uduzan “Keşlə” çıxacaq. 

Bakı klubu rəqibini doğma şəhərdə qəbul edəcək. 

“Qəbələ” isə gözlənilmədən 0:2 hesabı ilə məğlub olduğu “Proqres”lə səfərdə üz-üzə gələcək. Sənan Qurbanovun komandası bu məğlubiyyətin təsadüfi olduğunu sübut etməyə çalışacaq. 

İlk oyunda rəqibini 3:1 hesabı ilə üstələyən “Neftçi” isə Budapeştdə “Uypeşt”in qonağı olacaq. 

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
19 iyul
 
21:00. “Keşlə” (Azərbaycan) – “Baltsan” (Malta)

İlk oyun – 1:4
 
21:30. “Proqres” (Lüksemburq) – “Qəbələ” (Azərbaycan)

İlk oyun – 2:0

23:00. “Uypeşt” (Macarıstan) – “Neftçi” (Azərbaycan)
İlk oyun – 1:3

***

Təmsilçilərimizdən ilk olaraq "Keşlə"nin matç başlayıb.

***

Matçın 11-ci dəqiqəsində hesab açılıb. Meza Kolli penaltidən vurduğu qolla "Keşlə"nin hesabda önə çıxarıb.

***

"Qəbələ"nin də matçına start verilib.

***

"Keşlə"nin matçında ilk hissədə başqa qol vurulmayıb və təmsilçimiz fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

***

"Qəbələ" səfərdə hesabı açıb. Jozef Monroz 28-ci dəqiqədə fərqlənib.

***

"Keşlə" - "Baltsan" matçında ikinci hissə başlayıb.

***

"Qəbələ" fasiləyə minimal hesablı üstünlüklə yollanıb.

***

"Keşlə"nin növbəti qol axtarışı hələ ki, nəticə verməyib. Matçda artıq 75 dəqiqə geridə qalıb.

***

"Keşlə" matçın son dəqiqələrində fərqi 2-yə çatdırıb. Slavik Alxasov komandasının 2-ci qoluna imza atıb.

***

Matça əlavə edilmiş 6-cı dəqiqədə "Baltsan" fərqi azaldıb. Maydevaç fərqlənib. O, qol vurduqdan sonra isə 2-ci sarı vərəqə, ardınca qırmızı vərəqə ilə cəzalandırılıb.

Görüş 2:1 hesabı ilə "Keşlə"nin qələbəsi ilə başa çatsa da, ilk matçdakı 4:1 hesablı qələbəyə görə "Baltsan" növbəti mərhələyə yüksəlib.

***

Təmsilçilərimizdən "Neftçi"nində matçına start verilib. "Qəbələ"nin matçında isə hazırda 74-cü dəqiqə oynanılır. Hazırda 1:0 hesabı ilə öndə olan "Qəbələ"nin şanslarını davam etdirməsi üçün ən az 1 qola daha ehtiyacı var.

***

79-cu dəqiqədə "Qəbələ" azlıqda qalıb. Təmkin Xəlilzadə meydandan qovulub.

***

“Proqres” – “Qəbələ” matçında başqa qol vurulmayıb. "Qəbələ" 160 hesabı ilə qalib gəlsə də, "Keşlə" kimi ilk matçdakı məğlubiyyətə görə mübarizəni dayandırmalı olub.

***

Hazırda Avroliqada mübarizəsinə davam edən yeganə təmsilçimiz "Neftçi" hesabda geri düşüb. 19-cu dəqiqədə Litauszki "Uypeşt"i hesabda önə çıxarıb.

***

Bu qoldan cəmi 2 dəqiqə sonra "Uypeşt" fərqi 2-yə çatdırıb. Sankoviç topu "Neftçi"nin qapısından keçirib.

***

"Neftçi" fasiləyə 0:2 hesabı ilə məğlub durumda yollanıb.

***

"Uypeşt" ikinci hissəyə də sürətli başlayıb. 50-ci dəqiqədə Zsoter meydan sahiblərinin 3-cü qolunu vurub.

***

65-ci dəqiqədə Nvobodo hesabı 4:0 edir. "Neftçi" darmadağın olur

***

Matç bitdi və "Neftçi" də avrokuboklarda mübarizəni dayandırdı.