“Keşlə”nin məşqçisi rəqib futbolçunu vurdu - Sumqayıtda ara qarışdı+Foto+Video

keslenin-mesqcisi-reqib-futbolcunu-vurdu
Oxunma sayı: 1620

Bu gün Azərbaycan kubokunun yarımfinal oyunu keçirilir. “Qafqazinfo” xəbər verir ki, “Sumqayıt öz meydanında “Keşlə”ni qəbul edir. Hazırda 1:1 hesabı ilə davam edən matçda gərginlik yaşanıb.

Belə ki, 70-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Bəxtiyar Həsənəlizadə bakılıların yarımmüdafiəçisi Sezar Meza Kolliyə qarşı kobud oynayıb.

Bu zaman “Keşlə”nin köməkçi baş məşqçisi Yuri Maksimov Həsənəlizadəyə təpikn atıb. Nəticədə ara qarışıb. Oyunun baş hakimi Əliyar Ağayev məşqçi meydandan qovub.