Kəşmirdə polislərlə etirazçılar arasında qarşıdurma - Yaralılar var + Fotolar

kesmirde-polislerle-etirazcilar-arasinda-qarsidurma
Oxunma sayı: 979

Kəşmir vilayətinin Hindistanın işğalı altında olan hissəsində keçirilən aksiyalarda qan tökülüb.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, aksiya Hindistan hərbçilərinin bir neçə gün öncə 2 nəfəri öldürməsinə görə keçirilib.

Etirazçılar polislərin gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxiləsinə daşla cavab veriblər. Qarşıdurma zamanı 6 nəfər yaralanıb.

Qeyd edək ki, əhalisinin 90 faizisi müsəlman olan Kəşmir Pakistana birləşmək istəsə də, 1965 və 1999-cu illərdəki müharibələr nəticəsində Hindistan vilayətin 35 faizini nəzarətinə keçirib. Bölgənin 20 faizi isə Çinin tabeliyindədir.