Ketrin Eşton Azərbaycana gəlir

ketrin-eston-azerbaycana-gelir-
Oxunma sayı: 646

AI-nin Bakıdakı ofisindən “Turan”a verilən məlumata görə, iki günlük səfər zamanı Lefort Azərbaycanın rəsmi şəxsləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Görüş və danışıqların mövzusu Qarabağ münaqişəsinin nizamlanması, “Şərq tərəfdaşlığı” proqramı ilə bağlı tədbirlərin həyata keçirilməsi və s. Məsələlərdir. Lefortun XIN və Prezident Administrasiyasında görüş keçirəcəyi də gözlənilir. Lefort bu postda Piter Semnebini əvəz edib və bu, onun xüsusi nümayəndə kimi Azərbaycana ikinci səfəridir. Bu arada AI-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali Komissarı Ketrin Eşton noyabrda Cənubi Qafqaz ölkələrinə səfər edəcəyi barədə xəbər yayılıb. Bu xəbəri jurnalistlərə Yerevanda AI-nin Xarici Siyasət Idarəsinin rəhbəri Qunar Viqand bildirib.