Keyt bu dəfə 86 yaşlı qadının libasını geyindi - Fotolar

keyt-bu-defe-86-yasli-qadinin-libasini-geyindi
Oxunma sayı: 2176

Üç uşaq anası olan Kembric hersoginyası Keyt Middlton növbəti dəfə geyimi ilə gündəm olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə Uilyamın xanımı Londonda ənənəvi gəzintilərin birinə Ərdəm Moralıoğlunun hazırladığı çiçək dizaynlı libas seçimi edib. Hər zaman bir geyimdən bir neçə dəfə istifadə etməsi ilə danışılan Keyt bu dəfə fərqli mövzu ilə gündəmə gəlib. Belə ki, Middltonun donu bundan əvvəl 86 yalı Kent düşesi Katrinanın əynində olub.

Üstəlik, Katrina bu libası şahzadə Harri ilə Meqan Marklın toyuna geyinib. Bu isə sosial şəbəkələrdə “Keyt paltarını kirayəyə götürüb” şərhlərinin yazılmasına səbəb olub.