KFC telefon buraxdı - 167 dollara + Foto

KFC telefon buraxdı
Oxunma sayı: 91

Məşhur “Fast-food” restoranlar şəbəkəsi KFC Çində fəaliyyətinin 30 illiyi münasibətilə “Huawei” ilə birgə hazırladığı “KFC Huawei 7 Plus” smartfonunu təqdim edib.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, smartfonun arxa panelində KFC-nin yaradıcısı David Sandersin portreti və 1987-ci il (KFC-nin Çində fəaliyyətə başladığı il) əks olunub. Smartfonun interfeysi, KFC-nin simvolları dəbində hazırlanıb. Həmçinin K-Music adlı tətbiq var. Həmin tətbiq vasitəsilə istifadəçi, Çində yerləşən KFC restoranlarında musiqiləri istədikləri kimi idarə edə bilərlər. Bundan əlavə olaraq KFC Huawei 7 Plus modelinin sahibləri üçün KFC restoranlarında xüsusi imkanlar olacaq. Çox güman ki, söhbət, xüsusi endirim və hədiyyələrdən gedir. Sözügedən telefonlar 5000 ədədlik tirajla satışa çıxacaq. Onun qiyməti isə 167$ təşkil edəcək.

Qeyd etmək lazımdır ki, KFC Huawei 7 Plus, yeni 5 inç IPS ekran, 4 nüvəli Snapdragon 425 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş, 3020 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi