“Khazar İsland”ın rəhbəri danışdı

khazar-islandin-rehberi-danisdi
Oxunma sayı: 680

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri AzNews.az-a müsahibəsində “Khazar Islands” (Xəzərdə ada) layihəsinin icraçısı olan “Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) deyib. Onun sözlərinə görə, 2013-cü ildə isə 20-dək böyük şirkətlərin Azərbaycana sərmayə qoyması nəzərdə tutulub. Bu isə təqribən 2 milyard investisiya vəsaiti deməkdir. Bununla da “Xəzər adaları” layihəsinin böyük əhəmiyyəti artıq dünyaya bəlli olacaq: “Hazırda bu layihə daxilində xeyli işlər görülür, artıq 13 bina yerdən qaldırılıb, böyük körpü inşa olunur, 4 kilometrlik bülvarın qranit daşının düzülüşü işlərinə başlanılıb. Yaşıllaşma işləri demək olar ki, başa çatdırılıb, 10 restoranın inşasına başlanılıb və gələn ilin mayında işlər yekunlaşacaq. Gələn il “Xəzər adaları” şəhərinin baş ofisinin binasının inşasına başlanılacaq. Hazırda şəhərdə restoran üçün pivə zavodu da inşa olunur.

Artıq “Khazar İslands” şəhərində mənzil və obyekt satışlarına da başlanılıb. Hazırda 136 mənzil satılıb və ən çox mənzil alanlar da azərbaycanlılardır. Qiymətlər isə 3500-5000 manat arasındadır. Satılan binalar tam təmirli olacaq.

Düşünürəm ki, 2013-cü ilin may ayına kimi 10 açılış lenti kəsiləcək.
Şəhərdə tikinti işləri 3 mərhələdə aparılır. Biz 2016-cı ilədək 1-ci mərhələnin, 2020-ci ilədək 2-ci mərhələnin, 2025-ci ilədək isə sonuncu, yəni üçüncü mərhələnin başa çatdırılmasını nəzərdə tuturuq. Azərbaycanda indiki kimi əmin-amanlıq olduğu təqdirdə, Allahın köməkliyi ilə biz işimizi nəzərdə tutulan vaxta başa çatdıra biləcəyik”.