Kibertəhlükəsizliklə bağlı siyahı açıqlandı - Azərbaycan da var

kibertehlukesizlikle-bagli-siyahi-aciqlandi
Oxunma sayı: 1017

İngiltərənin “Comparitech” şirkəti kibertəhlükəsizliyi təmin etməyi bacaran və bacarmayan ölkələrin siyahısını hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, 60 ölkənin yer aldığı siyahıda ən pis vəziyyətdə olan ölkələrin onluğunda Əl-Cəzirə, İndoneziya, Vyetnam, Tanzaniya, Özbəkistan, Banqladeş, Pakistan, Belarus, İran və Ukrayna yer alıb. 

Mobil telefonların zərərli proqramlardan ən çox təsirləndiyi 5 ölkəyə Banqladeş, Nigeriya, İran, Tanzaniya və Çin daxil olub.

Masaüstü kompüterlərin zərərli proqramlardan ən çox təsirləndiyi ölkələr arasında Azərbaycan, Əl-Cəzirə, Belarus, Ukrayna və İndoneziya var.

Ən yaxşı kibertəhlükəsizliyə malik ölkələr isə Yaponiya, Fransa, Kanada, Danimarka və ABŞ-dır.