Kiev Rusiyanın Qərargah rəisinə sanksiya tətbiq edib

kiev-rusiyanin-qerargah-reisine-sanksiya-tetbiq-edib
Oxunma sayı: 655

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov bu gün Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının yayımladığı genişləndirilmiş sanksiya siyahısında yer alıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, sanksiyada yer alan bütün şəxslərin siyahısı Ukrayna prezidentinin saytında dərc olunub. Sanksiyaya əsasən, Qerasimovun bir il ərzində aktivləri bloklanır və Ukrayna ərazisinə daxil olmasına qadağa qoyulur.