Kılıçdaroğlu ona hücum edənlərdən şikayətçi oldu

kilicdaroglu-ona-hucum-edenlerden-sikayetci-oldu
Oxunma sayı: 886

CHP sədri Kamal Kılıçdaroğlu aprelin 21-də Ankarada şəhidin dəfn mərasimində ona hücum edənlərdən şikayətçi olub.

“Qafqazinfo”nun “Cnnturk”ə istinadən verdiyi xəbərə görə, o, vəkili Celal Çelik vasitəsiylə Baş Prokurorluğa şikayət ərizəsi ünvanlayıb.

Məlumata görə, istintaq çərçivəsində saxlanılan 9 nəfərdən 3-ü sərbəst buraxılıb, 5-i isə şərti olaraq azadlığa buraxılıb. Digər şübhəli Osman S. isə hələ də nəzarətdə saxlanılır.