Killer kameraya düşüb

killer-kameraya-dusub
Oxunma sayı: 786

Bakı şəhər Prokurorluğunun ANS-ə verdiyi məlumata görə, artıq müşahidə kameralarının lentə aldığı təsvirlər var və buna görə də fotorobota ehtiyac qalmayıb.

Hazırda həmin şəxslərin axtarışı aparılır. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı yaxın vaxtlarda ətraflı məlumat yayacaq.

Qeyd edək ki, iyulun 11-i Teymur Əliyev küçəsində yerləşən hündürmərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən ofisə silahlı basqın olub. Nəticədə “Azər-Ross İK” MTK-nın təsisçisi Əflatun Yasin oğlu Piriyev aldığı güllə yarasından xəstəxanaya aparılarkən yolda keçinib. Şirkətin baş mühasibi, 1944-cü il təvəllüdlü, Naxçıvan şəhər sakini Əmiraslan Allahverdi oğlu Əhmədov isə qarın nahiyəsindən yüngül güllə yarası alıb.