Kilsədə partlayış anı - Fotolar + Video

kilsede-partlayis-ani
Oxunma sayı: 2823

Xəbər verdiyimiz ki, bu gün Asiya ölkəsi Şri-Lankanın müxtəlif şəhərlərində ümumilikdə 8 partlayış törədilib. Onlardan 3-ü kilsələrdə baş verib.

“Qafqazinfo” “Ensonhaber.com”a istinadən xəbər verir ki, kilsədəki partlayışlardan birini hərəkət olan avtomobillərdən birinin kamerası çəkib.

Qeyd edək ki, partlayışdan sonra ölkədə dərslər iki günlük dayandırılıb. Ölkədə 18:00-dan başlayaraq səhər saat 6:00-a qədər komendant saatı elan edilib.

Bundan başqa, yalan məlumatların yayılmasının qarşısını almaq məqsədilə sosial şəbəkələrə giriş bağlanıb.

Son məlumatlara görə, partlayışlarda ümumilikdə 185 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb. Ölənlərdən 35 nəfərin xarici ölkə vətəndaşı olduğu bildirilir.