Kilsəyə silahlı hücum, 9 nəfər öldürüldü

kilseye-silahli-hucum-9-nefer-olduruldu
Oxunma sayı: 1190

Burkina-Fasoda silahlı şəxslər katolik kilsəsinə hücum ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 9 nəfər ölüb. Onlardan dördü katolik olub. Daha ikisi isə ağır yaralıdır. 

Yerli KİV hücum edənlərin motosikletlə gəldiklərini və 12 nəfərdən ibarət olduqlarını yazır. 

Qeyd edək ki, bu ay ərzində ölkədə 4 hücum faktı qeydə alınıb ki, nəticədə azı 20 xristian katolik dünyasını dəyişib.